Bakıda iki nəfə bədbəxt hadisənin qurbanı olub.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Elxan Qasımov həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində qəsəbə sakini Vüsal Məmmədov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.