Sumqayıt şəhəri, Bakı-quba yolunun 16-cı kilometrində “Mercedes” markalı, universal tipli avtomobil idarəetməni itirərək yol kənarındakı çəpərlənmələrə çırpılıb.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Xuduyev İsrail Mais oğlu maşında köməksiz vəziyyətdə qalıb. Xilasedicilər vətandaşı avtomobildən çıxararaq aidiyyəti üzrə orqanlara təhvil veriblər.