Bakı-Quba yolunda ağır qəza: <span style="color:red;">ölənlər var
18 dekabr 2014 11:09 (UTC +04:00)

Bakı-Quba yolunda ağır qəza: ölənlər var

0

Bakı-Quba avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yolun 49-cu kilometrliyində “İveco” markalı yük avtomobili ilə “Tofaş” markalı minik avtomobili toqquşub.

 

FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyitləri çıxarıb və aidiyyətı üzrə təhvil verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar