Bakı-Quba yolunda “Mercedes” aşdı: 1 ölü, 2 yaralı
14 iyun 2015 23:53 (UTC +04:00)

Bakı-Quba yolunda “Mercedes” aşdı: 1 ölü, 2 yaralı

0

Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü  Cavadov Nazim Adil oğlunun idarə etdiyi 90 UM 739 dövlət nömrə “Mercedes” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Aparılan reanimasion tədbirlərə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.

 

Digər xəsarət alanlar – Bakı şəhər sakinləri, 1948-ci il təvəllüdlü Aleksandr Kostin və 1948-ci il təvəllüdlü Lyubov Yakalinadır. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar