Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün altında naməlum kişi meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, səhər saat 5 radələrində tapılan meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan rayon şöbəsinə göndərilib.
Hacıqabul rayon Polis Şöbəsindən APA-ya təxminən 30 yaşlarında olan kişinin narkotik vasitənin qəbulundan öldüyü ehtimal olunduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.