Bacısını öldürən şəxsin cinayət işi məhkəmədə
08 oktyabr 2019 17:49 (UTC +04:00)

Bacısını öldürən şəxsin cinayət işi məhkəmədə

 
 
Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən Qalib Turabovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
 
Qeyd edək ki, hadisə bu il paytaxtın Səbail rayonunda baş verib. Səbail rayonu, Xəqani küçəsi 1 saylı ünvanda 1998-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan və hazırda Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Turabov Qalib Nağı oğlu doğma bacısı Turabova Pərvanə Nağı qızını qəsdən bıçaqlayaraq qətlə yetirib.
 
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635
avatar

Oxşar yazılar