Baba 16 yaşlı nəvəsini qətlə yetirdi - <span style="color:red;">ŞOK TƏFƏRRÜAT -  <span style="color:red;">YENİLƏNİB
08 fevral 2016 19:21 (UTC +04:00)

Baba 16 yaşlı nəvəsini qətlə yetirdi - ŞOK TƏFƏRRÜAT - YENİLƏNİB

0
Ağdamda babanın 16 yaşlı nəvəsini qətlə yetirməsinin təfərrüatları məlum olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunda araşdırma aparan Binəqədi rayon prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladığı Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib.

 

 

Ağdam Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, bu gün rayonun Çəmənli kənd qəbiristanlığında dəfn olunmuş T. Bayramovun meyiti eksqumasiya edilib. Tibbi ekspertiza zamanı T. Bayramovun qulaq, burun, dodaq və cinsiyyət orqanının kəsildiyi məlum olub.  

 

***

 

Azərbaycanda dəhşətli cinayətin üstü açılıb.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda qeydə alınıb. Ağdam rayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdlü Tural Mübariz oğlu Bayramov xüsusi amansızlıqla qətlə yetirilib.

 

T. Bayramov Ağdam rayonunda torpağa tapşırılıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində qətlin törədilməsində şübhəli bilinən, T. Bayramovun babası Rafiq Bayramov saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 527

Oxşar yazılar