İyulun 23-də Sabirabad rayonunda faciəvi hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qalaqayın kənd sakini, azyaşlı Pəri Cəfərova kənd ərazisindən keçən su kanalına düşərək boğulub.
Faktla bağlı araşdırmalar aparılır.