Azərbaycanlı merin qətlini sifariş verənlər tutuldu
03 sentyabr 2014 15:48 (UTC +04:00)

Azərbaycanlı merin qətlini sifariş verənlər tutuldu

0
Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşları Kremençuq şəhərinin meri Oleq Babayevin qətlini sifariş etməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

 

APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib.

 

Nazir deyib ki, Kremençuq merinin qətlinin ehtimal olunan sifarişçisi və icraçıları barədə həbs-qətimkan tədbiri seçilib: “Yalnız icraçılar yox, həm də bu cinayətin sifarişçisi saxlanılıb. Hazırda təhqiqat gedir, onların hamısı barəsində məhkəmə həbs-qətimkan tədbiri seçib”.

 

DİN rəhbəri qeyd edib ki, O. Babayevin qətlinə görə sifarişçi şəxs icraçılara 70 min ABŞ dolları ödəyib. Saxlanılan şəxslərdən heç birinin adı açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1752

Oxşar yazılar