Azərbaycanlı merin qətlini sifariş edən televiziya rəhbəri tutuldu
04 sentyabr 2014 16:56 (UTC +04:00)

Azərbaycanlı merin qətlini sifariş edən televiziya rəhbəri tutuldu

 

Kremençuk şəhərinin meri Oleq Babayevin qətlini sifariş verən şəxsin adı açıqlanıb. APA TV-nin məlumatına görə, Ukraynanın daxili işlər naziri Arsen Avakov öz şəxsi “Facebook” səhifəsində sifarişçinin “Vizit” teleşirkətinin rəhbəri Koval soyadlı iş adamı olduğunu yazıb. Nazir bildirib ki, istintaq orqanları qətlin sifarişçisini bu gün səhər həbs ediblər. Faktlar və şahid ifadələri qətlin Koval soyadlı iş adamı tərəfindən sifariş edildiyini göstərir. Onun günahını məhkəmə sübuta yetirəcək. Arsen Avakov cinayət işi üzrə artıq beş nəfərin həbs olunduğunu deyib.

Xatırladaq ki, Ukrayna Ali Radasının keçmiş azərbaycanlı deputatı, Kremençuk şəhərinin meri Oleq Babayev iyulun 26-da qətlə yetirilib. Evindən küçəyə çıxan zaman naməlum avtomobildən enən maskalı naməlum şəxslər Oleq Babayevi avtomatdan atəşə tutublar. Oleq Babayev hadisə yerində dünyasını dəyişib. Ukraynanın daxili işlər naziri sifarişçinin Oleq Babayevin qətli üçün icraçılara 70 min dollar pul verdiyini deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2299
avatar

Oxşar yazılar