Azərbaycanlı keçmiş deputat Ukraynada avtomobilində partladılaraq öldürüldü
09 iyul 2015 15:17 (UTC +04:00)

Azərbaycanlı keçmiş deputat Ukraynada avtomobilində partladılaraq öldürüldü

 

Ukraynanın Luqansk vilayətində azərbaycanlı sabiq deputat öldürülüb.

 

Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, Ukrayna vətəndaşı, 60 yaşlı Əli Gülbaba oğlu Məhərrəmov ötən həftə Krasnıy Luç şəhəri yaxınlığında avtomobilində hərəkətdə olarkən naməlum istiqamətdən qumbaraatanla atəşə tutulub.

 

Avtomobilin partlaması nəticəsində Ə. Məhərrəmovun meyiti yanaraq tanınmaz hala düşüb.

 

Uzun müddətdir, Ukraynada yaşayan Ə. Məhərrəmov Krasniy Luç yaxınlığında - yaşadığı kənddə dəfn edilib.

 

Ə. Məhərrəmov 90-cı illərin əvvəllərində bir çağırış Luqansk Vilayət Şurasının deputatı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar