Donetsk Vilayət Şurasının deputatı, vilayət üzrə azərbaycanlılar Konqresinin sədri Malik Piverdiyev APA-ya açıqlamasında bildirib ki, bu 42 yaşlı Ukrayna vətəndaşı, Gürcüstanda doğulmuş Erizbər Qəribovdur.
İki gün əvvəl Azərbaycanlı iş adamının Petrovsk rayonundakı evi qumbaraatanla atəşə tutulub. Həmin vaxt evinin qarşısında olan iş adamı ağır yaralanaraq sağ ayağını və sağ qolunu itirib. O, hazırda Dnepropetrovsk şəhərinə gətirilərək oradakı klinikaların birində müalicə olunur, vəziyyəti ağırdır.