Aşıq Namiq Fərhadoğlu yeni layihənin hazırlıqlarına start verib. Lent.az xəbər verir ki, aşıq “Sənin ulduzun” adlı proqram ilə “Dünya TV”-də ekranlara gələcək: “Sentyabrın 28-də “Köklə sazı 3” aşıq müsabiqəsinə start verəcəyik. Oktyabrın ortalarında isə “Sənin ulduzun” layihəsi başlayacaq. Bu müsabiqədə müğənnilər yarışacaq. Canlı ansamblın müşayiəti ilə sənətçilər səhnəyə çıxacaqlar. Sonda qalibə "Mercedes" markalı avtomobil hədiyyə edəcəyəm. Onu da qeyd edim ki, heç bir sponsorum yoxdur. Layihələrimi özüm maliyyələşdirirəm”.
Qeyd edək ki. N. Fərhadoğlu daha öncə “Köklə sazı” layihəsinin rəhbəri olub. O, müsabiqənin qaliblərinə avtomobil hədiyyə edib. “Köklə sazı 1”-in qalibi İlkin Məmmədov və “Köklə sazı-2”-nin isə qalibi Aytac Bərdəli seçilib.