Azərbaycanın məhkəmə sistemində qeyri-adi olay
10 sentyabr 2014 12:00 (UTC +04:00)

Azərbaycanın məhkəmə sistemində qeyri-adi olay

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət vermədə təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin bu günə təyin olunan hazırlıq iclası təxirə salınıb.

 

APA-nın məlumatına görə, prosesdə məhkəməyə sədrlik edən hakim Azər Orucov bildirib ki, hakim tərkibi özlərinə etiraz edir. Azər Orucov deyib ki, o özü və tərkibdə olan hakimlər - Əlövsət Abbasov, Əlisultan Osmanov təqsirləndirilən Həsən Əliyevlə iş yoldaşı olublar. A.Orucov qeyd edib ki, bu hal işin baxılmasına təsir etməsə də, cəmiyyətdə yanlış fikir yarada bilər.

 

Etiraza Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

 

Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Qeyd edək ki, yayılan məlumatlara görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib.  E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev isə R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və E.Məmmədov həbs edilib.

 

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

Onu da qeyd edək ki, prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

# 5760
avatar

Oxşar yazılar

Göygöldə "Jiquli" piyadanı vurub öldürdü

Göygöldə "Jiquli" piyadanı vurub öldürdü

20 aprel 2024 , 11:35
Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

20 aprel 2024 , 11:04
Biləsuvarda DƏHŞƏT:  76 yaşlı qadın yaylığı ilə  özünü asdı

Biləsuvarda DƏHŞƏT: 76 yaşlı qadın yaylığı ilə özünü asdı

20 aprel 2024 , 10:14
Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01