Dünya üzrə nüfuzlu QS reytinq agentliyi Avropa və Mərkəzi Asiya regionu üzrə inkişaf etməkdə olan 30 ölkədən 500-dən çox universitetin sıralamasını açıqlayıb. Lent.az-ın Təhsil Nazirliyinin "Təməl" verilişinə istinadən xəbərinə görə,
Bu il QS reytinq agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralanmasında Azərbaycandan 6 ali təhsil müəssisəsi iştirak edib. Bu universitetlər Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti və “ADA” Universitetidir. Həmin ali məktəblərin adı ən yaxşı 200 universitet sırasına daxil edilib.
Verilişdə UNEC-in rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov və Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanic iştirak edərək bu sahədə atılan addımlar barədə geniş müzakirələr aparıblar.