Balakən rayon sakininin qadınları cinsi istismara məruz qoyması məlum olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balakən rayon sakini Nəcibə Doldolovanın qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.
Araşdırma aparılır.