“Fevralın 10-da Hacıqabulda 5,8 maqnitudada baş verən zəlzələdən sonra ölkədəki əksər zəlzələ ocaqları oyanıb”.
Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, Qəbələdə bu gün baş verən güclü zəlzələ də sentyabrın 29-da həmin ərazidə baş verən zəlzələdən sonra enerji yığılmasının nəticəsidir: “Həmin ərazidən müxtəlif dərinlik qırılmaları keçir. Kiçik Qafqaz Böyük Qafqaza doğru hərəkət edir. Nəticədə də zəlzələlər aktivləşir”.