Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Mustafa Moavad Əbdül-Tavab Əbu-Ziəd dünyasını dəyişib. APA TV-nin məlumatına görə, 57 yaşlı diplomat Qahirə xəstəxanasında əməliyyat zamanı vəfat edib. Mustafa Moavad 1957-ci il avqustun 15-də anadan olub. 3 ildir Azərbaycanda işləyən Mustafa Moavadın fəaliyyəti iyul ayında bitməli olsa da, səhhəti ilə əlaqədar fevral ayında ölkəni tərk etməli olub.
Ailəlidir, iki qızı bir oğlu, bir nəvəsi var.
Allah rəhmət eləsin.