Azərbaycandakı ən yaşlı insan öldü
26 iyul 2013 11:54 (UTC +04:00)

Azərbaycandakı ən yaşlı insan öldü

Saat nənənin 4 övladı, 24 nəvəsi, 50 nəticəsi və 11 kötücəsi qalıb. 

114 yaşlı Saat Əhmədova rəhmətə gedib. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, xəbər verir ki, S.Əhmədova 1900-cü ildə Quba rayonun Digah kəndində doğulub. Saat nənə 1918-ci ildə ermənilərin Qubada və Qusarda törətdikləri soyqırımın canlı şahidi olub. S.Əhmədova həyat yoldaşını II Dünya Müharibəsində itirib. 

O, uzun illər sağıcı işləyib və digər təsərrüfat işləri ilə məşğul olub.

Qeyd edək ki, onun 4 övladı, 24 nəvəsi, 50 nəticəsi və 11 kötücəsi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1498
avatar

Oxşar yazılar