Azərbaycanda 5.3 ballıq zəlzələ  - <span style="color:red;">YENİLƏNİB
11 may 2017 08:43 (UTC +04:00)

Azərbaycanda 5.3 ballıq zəlzələ - YENİLƏNİB

0

 

Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda bu gün baş verən zəlzələ ilə bağlı məlumat açıqlayıb.

 

Mərkəzdən Lent.az-a verilən məlumata görə, yerli vaxtla saat 07:24:19-da Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

 

Zəlzələnin maqnitudası 5.3, dərinliyi 48 km olub.

 

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub. 

 

Zəlzələ həmçinin Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss edilib.   

 

***

 

07:42

 

Bu gün saat 07:00 radələrində Azərbaycanın bir neçə rayonunda zəlzələ baş verib.

 

APA-nın məlumatına görə, zəlzələ Şirvan şəhəri, Salyan rayonu və Lənkəranda hiss olunub.

 

Məlumata əsasən, yeraltı təkanlardan sakinlər təşvişə düşüb. Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar