Ağcabədi rayonunda qeyri-adi cinayət hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 28 yaşlı Ə.C. xəsarətlə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı məlum olub ki gənc oğlanın alt dodağı qopub. Tibbi yardım göstərildikdən sonra Ə.C. Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Polisə məlumat daxil olan kimi dərhal əməliyyata başlanılıb. Məlum olub ki, Ə.C.-nı Həzi Aslanov küçəsində qohumu 26 yaşlı V.M. bu hala salıb. Bəlli olub ki, yaxın qohum olan bu şəxslər birgə yeyib-içiblər. Sərxoş olandan sonra gənc qohumlar mübahisə edib dalaşmağa başlayıblar. Elə bu zaman V.M. Ə.C.-nın dodağını dişləyib. O, həmyerlisinin dodağının böyük bir hissəsini dişləyərək qoparıb.