Bu gün Füzuli rayonunda yanğın baş verib.
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Babı kəndində qəbiristanlığın ərazisində 5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 13:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.