Azərbaycanda qaynana kürəkəninin qanını tökdü
29 iyul 2013 18:06 (UTC +04:00)

Azərbaycanda qaynana kürəkəninin qanını tökdü

Daşkəsən rayonunda ailə daxilidə baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib. APA-nın qərb bürosunun məlumatına görə, ötən gecə Daşkəsən rayonunun Quşçu kənd sakini, 1985-ci il təvəllüdlü Zahir Həsənov qarının sol hissəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. Bıçaq Z. Həsənovun bağırsağını və sol böyrəyini zədələdiyi üçün dərhal əməliyyat edilib. Xəstəxananın həkimi Etibar Abbasovun APA-ya bildirdiyinə görə, yaralının sol böyrəyi çıxarılıb və hazırda onun vəziyyəti ağırdır. Zahir Həsənovu xəstəxanaya gətirən yaxınları onun həyat yoldaşı ilə mübahisə etdiyi üçün qayınanası tərəfindən bıçaqlandığını bildiriblər.

 

Daşkəsən rayon Polis Şöbəsinin hadisə ilə bağlı araşdırma aparan müstəntiqi Təvəkkül Həsənov faktla bağlı araşdırma aparıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10