Astara rayon sakini qohumunu silahla döyüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytna istinadən verdiyi məlumata görə, fevralın 25-də Astara rayonunun Qapıçıməhəllə kənd sakini Heyran Qulamova polis şöbəsinə müraciət edərək, həmin gün qohumu Bəxtiyar Həsənovun ov tüfənginin qundağı ilə ona xəsarət yetirdiyini bildirib.
B.Həsənovun evinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.