İmişli rayonunda 1 il əvvəl törədilən qətlin üstü açılıb.
Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Reyhan Səfərovanı bıçaqla qətlə yetirən Zülfü Kazımov tutulub. Onun Bəhrəmtəpə qəsəbə sakini olduğu bildirilir.