Azərbaycanda polis generalı vəfat edib
04 may 2017 10:42 (UTC +04:00)

Azərbaycanda polis generalı vəfat edib

0

Ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyev ürək tutmasından dünyasını dəyişib.

 

Lent.az salamnews-a istinadən xəbər verir ki, xəbəri DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov təsdiqləyib.

 

Qeyd edək ki, bu ilin fevral ayında daxili işlər naziri Ramil Usubovun əmrinə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Bundan az müddət sonra isə daxili işlər naziri Ramil Usubov keçmiş idarə rəisinin peşəkarlığını nəzərə alaraq polis general-mayoru Sərvər Mehrəliyevi özünə müşavir təyin etmişdi.

 

Allah rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar