Azərbaycanda polis əməkdaşını amansızlıqla öldürdülər - <span style="color:red;">YENİLƏNİB
30 sentyabr 2014 17:54 (UTC +04:00)

Azərbaycanda polis əməkdaşını amansızlıqla öldürdülər - YENİLƏNİB

Baş Prokurorluq Lənkəran Polis Şöbəsinin əməkdaşı Malik Cahangirovun vəfat etməsi barədə məlumat yayıb. Lent.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, rayon prokurorluğuna daxil olmuş məlumat əsasında yerli prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüşb və digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 22.00 radələrində Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Baş Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin polis nəfəri kiçik serjant Malik Cahangirov digər polis əməkdaşları ilə birlikdə Lənkəran rayon Ürgə kəndi ərazisindən keçərək Xəzər dənizinə tökülən çayda qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı mübarizə aparmaq məqsədi ilə reyd keçirərkən orada motorsuz qayıqla rayon sakinləri Rafiq Əskərov və Bəhruz Hüseynovun qanunsuz balıq ovu ilə məşğul olduqlarını görüb suya girərək həmin qayığı əli ilə saxlamaq istəyib. Bu zaman R.Əskərov qanunsuz balıq ovunda istifadə etdiyi suya elektrik cərəyanı buraxmaq üçün kustar üsulla xüsusi hazırlanmış əl torunu M.Cahangirovun olduğu yerə suyun içərisinə salıb elektrik cərəyanı buraxaraq sonuncunu qəsdən öldürüb hadisə yerindən qaçaraq gizləniblər.

 

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq həərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R.Əskərov və B.Hüseynov sentyabrın 30-da tutularaq şübhəli şəxs qismində istintaqa cəlb olunublar.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

 

 

 

 

*****

 

 

11:56

 

 

Lənkəran rayonunda bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə qeydə alınıb.

 

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Regional Şöbəsinin əməkdaşı, polis serjantı, rayonun Şirinquyu kənd sakini, 1986-cı il təvəllüdlü Malik Əlizakir oğlu Cahangirov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Patoloji Anatomiya və Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin Lənkəran rayon şöbəsinə aparılıb.

 

M.Cahangirovun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11198
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21