Azərbaycanda oğurluq edən şəxslər tutuldu
24 fevral 2016 13:44 (UTC +04:00)

Azərbaycanda oğurluq edən şəxslər tutuldu

0

Azərbaycanda oğurluq etmiş bir neçə şəxslər saxlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də Flora İsgəndərovaya məxsus pulu və sənədləri oğurlayan şəxs, Füzuli rayon sakini Rəşad Hüseynov tutulub.

 

Bundan başqa, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də Kamil Eyvazova məxsus “Ford” markalı avtomobilin təkərlərini oğurlayan Abşeron rayon sakini Vahid Cavadov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün daha bir avtomobilin təkərlərini oğurlaması da müəyyən edilib.

 

Başqa bir oğurluq xəbəri isə Saatlıdan gəldi. Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 17-də rayonun Qarcalar kəndində Saatlı rayon Elektrik Şəbəkəsinə məxsus elektrik kabelinin 100 metrlik hissəsini kəsərək oğurlayan kənd sakini Rusif Əhmədov tutulub.

 

Fevralın 23-nə keçən gecə isə Ağsu şəhər sakini Elvin Babayevin evindən pəncərədən girmək yolu ilə qızıl əşyalar oğurlayan şəxsin kimliyinə aydınlıq gəlib. Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Rahib Kərimov saxlanılıb.

 

Daha sonra isə bildirilir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də şəhər sakini İslam Saxvanovun evindən təmir-tikinti alətləri oğurlamış həmyerlisi, əvvəllər məhkum olunmuş Pərviz Yusifov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün daha bir nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar