Azərbaycanda restoran sahibi xanımının gözü qarşısında öldürülüb - TƏFƏRRÜAT - YENİLƏNİB
24 noyabr 2014 13:43 (UTC +04:00)

Azərbaycanda restoran sahibi xanımının gözü qarşısında öldürülüb - TƏFƏRRÜAT - YENİLƏNİB

 

Qəbələdə baş vermiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, naməlum şəxslər ötən gecə Qəbələdə restoran sahibi olan 47 yaşlı Vahid Vahabovun yaşadığı evə gələrək onu qətlə yetiriblər. Mərhum hadisə vaxtı evdə həyat yoldaşı ilə olub. O, gecəyarısı evinə soxulan şəxslərin səsinə oyanıb. Oyanması ilə güllələnməyi bir neçə saniyə çəkib. Cinayətkarlar onu heç yatağından qalxmağa imkan verməyərək güllələyiblər. 

Rayon Prokurorluğundan verilən məlumata görə, V. Vahabovun tamah məqsədilə öldürülməsi ehtimal olunur. O bir neçə gün əvvəl "Toyota Prado" markalı avtomobilini satıb. Görünür, cinayətkarlar onun evində pulun olduğunu biliblər. Lakin pulları apara bilməyiblər. 

Rayon sakinlərinin verdikləri məlumat isə hadisənin daha dəhşətli olduğunu göstərir. İddia olunur ki, cinayətkarlar evə soxularaq ailənin üzvlərinin əl-qolunu bağlayıblar. Onlar Vahiddən pulların yerini öyrənməyə çalışıblar. Görünür, istəklərinə nail olmadıqlarına görə onu öldürüblər. 

Qeyd edək ki, V.Vahabov Qəbələdəki “Soyuq bulaq” restoranının sahibidir. Atası Rəşid isə rayonda tanınmış həkimdir. 

Hazırda istintaq qrupu qatillərin kimliyini müəyyənləşdirmək üçün işləyir.

 

 

*****

 

11:01

 

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, hadisə noyabrın 24-də saat 05.00 radələrində Qəbələ şəhər, Mirzə Ələkbər Sabir küçəsində törədilib. Həmin küçədə 1967-ci il təvəllüdlü Vahid Rəşid oğlu Vahabov özünə məxsus mənzildə qətlə yetirilib. O, naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla öldürülüb.

 

Hazırda qətlin səbəbi və hadisəsni törədənlərin tapılması istiqamətində araşdırma aparılır.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6050
avatar

Oxşar yazılar