Daşkəsən rayon sakininə qarşı soyğunçuluq əməli törətmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 18-də Gəncə şəhərində şəxsiyyəti məlum olmayan 3 nəfər Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Xanlar İsmayılovdan açıq talama yolu ilə 100 manat pul alıb. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samir Əhmədov və Zümrüd Abdullayeva tutulub, digər şəxsin tutulması üçün tədbirlər görülür.