Martın 13-də Cəlilabad rayonunda qadın bıçaqlanıb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Cəliabad şəhərində yaşayan 1977-ci il təvəllüdlü Rahim Nəsirli qısqanclıq zəminində arvadı Aynurəni bıçaqlayıb. R.Nəsirli könüllü olaraq RPŞ-nə gələrək təslim olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, R.Nəsirli daha əvvəl bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O həbsxanada olarkən həyat yoldaşı işləməyə məcbur olub və çörəkbişirmə sexində işləyərək 4 uşağını saxlayıb. Qadının həm də gecələr işləməsindən qıcıqlanan R.Nəsirli buna narazılığını bildirib və evdə dəfələrlə münaqişə də yaranıb.
Polisə ifadə verən R.Nəsirli deyib ki, həyat yoldaşının gecələr başqası ilə görüşməsindən şübhələnib. Buna görə də o Aynurəni bıçaqlamaq qərarına gəlib.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.