Azərbaycanda kişi arvadına işgəncə verdi
15 oktyabr 2019 16:16 (UTC +04:00)

Azərbaycanda kişi arvadına işgəncə verdi

Qəbələ rayonunda ailə münaqişəsi qanla nəticələnib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Solqıca kəndində qeydə alınıb. Kənd sakini, 44 yaşlı  Xalidə Süleyman qızı Eyvazova müxtəlif nahiyələrində qançır, yanıq və çapıq xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dörd uşaq anası olan X.Eyvazovaya ailədaxili münaqişə zamanı həyat yoldaşı Dəmir Eyvazovun işgəncə verdiyi bildirilir.
 
Qadın uzun müddət işgəncəyə məruz qaldığını bildirib.  
 
Faktla əlaqədar Qəbələ rayon Polis Şöbəsində araşdırmalara başlanıb. İşgəncədə adı hallanan Dəmir Eyvazovu polis saxlayaraq izahatı alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 967
avatar

Oxşar yazılar