Azərbaycanda keçmiş baş həkim azadlıqdan məhrum edildi
09 oktyabr 2019 10:54 (UTC +04:00)

Azərbaycanda keçmiş baş həkim azadlıqdan məhrum edildi

0
Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, T. Kosayev 2 il azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. 
 
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
 
Onu da qeyd edək ki, T. Kocayev uzun müddət Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1288

Oxşar yazılar