Dünən itkin düşdüyü bildirilən Avropa. info saytının əməkdaşı Sahib İslamovu maşın vurub.
Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına Xəstəxanaya çatdırıb. Hadisəni yaxınlıqda olan yaşlı bir kişi görüb və bu gün səhər saatlarında qohumlarına məlumat verib. Artıq qohumları onu tapıblar və hazırda jurnalistin vəziyyəti ağırdır.
Qeyd edək ki, dünən səhər saat 8:00-da işə getmək üçün evdən çıxan Sahib İslamov saytın redaksiyasına gəlməyib. Jurnalistin işə gəlmədiyini görən sayt rəhbərliyi onun mobil telefonuna zəng vurub. Telefona cavab verən Sahib İslamovun ailə üzvləri jurnalistin işə getdiyini və işə gedərkən tələsdiyindən mobil telefonunu unutduğunu bildiriblər. Gecə saatlarında 102 Xidmətinə zəng edən ailə üzvləri jurnalistin yoxa çıxdığı haqda məlumat veriblər.
Qafqazinfo.az