Ötən gün axşam 22:00 radələrində Şəkinin Baş Göynük kəndində amansız qətl hadisəsi baş verib.
Lent.az-ın Kanal S-Ə istinadən məlumatına görə, kişi 50 il birlikdə yaşadığı arvadını balta ilə öldürüb. Hadisə ailənin yaşadığı evin həyətində baş verib. 76 yaşlı İslam Abduyev həyat yoldaşı 68 yaşlı Raya Məmmədovanı əvvəl amansızca döyüb. Daha sonra onu sürüyərək həyətə çıxarıb orada da balta ilə baş nahiyəsinə vuraraq qətlə yetirib. Mərhumun bacılarının sözlərinə görə, ər-arvadın münasibətləri elə əvvəldən normal olmayıb. İslam Abduyev mütəmadi olaraq 7 qız anası olan həyat yoldaşı Raya Məmmədovanı döyüb. Səbəb kimi də həmişə yoldaşının ona oğlan övladı verə bilməməsini göstərib. Axırıncı dəfə isə bəhanə başqa olub. Qonşularının sözlərinə görə, İslam Abduyevin psixoloji problemləri olub. Polis onu elə hadisə yerindəcə həbs edib, barəsində cinayət işi açılıb. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.