Azərbaycanda əməliyyatdan çıxan 6 yaşlı uşaq öldü
04 aprel 2015 12:10 (UTC +04:00)

Azərbaycanda əməliyyatdan çıxan 6 yaşlı uşaq öldü

Bir müddət öncə Bakıda klinikaların birində əməliyyat olunan uşaq ölüb. Lent.az-ın “qafqazinfo"ya istinadən məlumatına görə, hadisə Loğman klinikasında baş verib. Biləcəri qəsəbəsi yeni sahədə yaşayan 2009-cu il təvəllüdlü Murad Qurbanzadə Loğman klinikasında burun-boğaz əməliyyatı olunub. 


O, əməliyyatdan sonra evə köçürülüb. Bir həftə sonra evdə burnundan qanaxma başlayıb. Altı yaşlı uşaq xəstəxanaya aparılarkən yolda vəfat edib. Binəqədi Rayon Prokurorluğundan bildirib ki, faktla bağlı ekspertizalar təyin olunub, araşdırma aparılır. Araşdırmaların nəticəsində ölümün səbəbi bəlli olduqdan sonra növbəti addımlar atılacaq. Hələ ki hadisə ilə bağlı cinayət işi açılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 107
avatar

Oxşar yazılar