Bəzi dövlət qurumlarının saytlarına girişdə yaranan problem aradan qaldırılıb.
Bu barədə "APA-Economics"ə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.
"Problem artıq aradan qaldırılıb. Saytlara normal qaydada giriş mümkündür", - deyə mərkəzdən bildirilib.
***
12:48
Azərbaycanda dövlət idarələrinə məxsus saytlar müvəqqəti işini dayandırıb.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən (CERT) Trend-ə verilən məlumata görə, Azərbaycanın dövlət idarələrinə məxsus saytların işində yaranmış müvəqqəti problem aparılan profilaktik işlərlə əlaqəlidir.
Mərkəzdən əlavə ediblər ki, yaxın zamanda saytlar işini bərpa edəcək.