Su kanalında boğuldu - <span style="color:red;">İçkili halda
30 iyun 2016 22:04 (UTC +04:00)

Su kanalında boğuldu - İçkili halda

0

Göyçay sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçayın Şıxbəy kəndi ərazisində qeydə alınıb. Rayonun Qızılağac kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Eldəniz Cavad oğlu dostları ilə yeyib-içdikdən sonra Şıxbəy beton su kanalında çimmək istəyib..

 

O, suda çimərkən boğulub.

 

E. Məmmədovun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə verilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar