[b]Azərbaycanda bir kəndlə əlaqə kəsildi, FHN sakini xilas etdi[/b]
17 may 2017 18:14 (UTC +04:00)

[b]Azərbaycanda bir kəndlə əlaqə kəsildi, FHN sakini xilas etdi[/b]

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədin kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilməsi barədə məlumatdaxil olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu səbəbdən tibbi yardıma ehtiyacı olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə xilasedicilərə müraciət daxil olub. Müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal Nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq  vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

 

Əməliyyat saat 13:46-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar