Azərbaycanda bu gün - YENİ
01 yanvar 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün - YENİ

1 yanvar. Yeni iliniz mübarək!

 

Əziz oxucular! Bu günədək Lent.az-da “Günün tarixi” rubrikasında dünyada baş vermiş tarixin ən mühüm hadisələrinin gündəlik xronikası ilə tanış olurdunuz. Bu gündən etibarən isə rubrikamız “Azərbaycanda bu gün” adlanır və burada siz ölkəmizin tarixində göstərilən gün ərzində baş vermiş ən mühüm tarixi hadisələrlə tanış olacaqsınız.

 

1813. Rus qoşunu Lənkəran qalasını işğal edib

 

1901. Qafqazda xəzinənin xeyrinə toplanan evbaşı mükəlləfiyyətlər ləğv edilib və bunun əvəzinə “Dövlət töycü mükəlləfiyyəti və torpaq vergisi haqqında Qanun” qəbul edilib

 

1918. Nərimanov bütün müsəlman əhalini hakimiyyətin Fəhlə və əsgər deputatları Sovetinə verilməsini müdafiə etməyə çağırıb

 

1919. Azərbaycan hökuməti fəhlələrin vəziyyətini yaxşılaşdırmaq üçün əmək haqqına əlavə olaraq subsidiyalar verilməsinə qərar verib

 

1920. Azərbaycan Aktyorlar İttifaqının iclasında H.Ərəblinskiyə abidə qoyulması qərara alınıb

 

1929. Azərbaycan SSR-də ərəb əlifbasından latın əlifbasına keçilib

 

1934. Azərbaycan sovet yazıçılarının “Ədəbiyyat” qəzetinin ilk nömrəsi çapdan çıxıb

 

1937. Aktyor Eldəniz Zeynalov anadan olub

 

1940. Azərbaycan SSR-də kiril qrafikasına keçid elan edilib

 

1958. “Göyərçin” jurnalı nəşrə başlayıb

 

1961. “Elm və həyat” jurnalı nəşrə başlayıb

 

1970. Bakıda “Sovet türkologiyası” jurnalı nəşrə başlayıb

 

1994. Manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit olunub

 

2012. Azərbaycan GUAM-a sədrliyi qəbul edib

 

2012. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1726
avatar

Oxşar yazılar