21 mart
1590. Səfəvilər dövləti ilə Osmanlı arasında İstanbul sazişi imzalanıb
1752. “Qızılqaya xəyanəti”. Gürcü çarı II İrakli Azərbaycan xanlarını aldadaraq həbs edib
1906. Səməd Vurğun anadan olub
1918. Təqribən 1 həftə ərzində daşnak və bolşeviklər Astara və Cavad qəzalarında Azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib
1918. Zaqafqaziya Seymi və Türkiyə arasında Trabzon konfransı başa çatıb
1919. Erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə yol olan Əsgəran keçidini zəbt edib. Lakin bu “uğurun” ömrü az olub
1919. Azərbaycan Xalq Cümhuriyyətini parçalamaq iddiasında olan Rus milli şurası və kommunistlər Prişibdə qurultay keçirib
1938. Siyasi xadim Mirzə Davud Hüseynov vəfat edib
1961. Fərman Salmanov Sibirdə Megion neft yatağını kəşf edib
1999. Rus kilsəsinin Bakı Xəzəryanı Yeparxiyası təşkil edilib
2007. Azərbaycanla Misir arasında “Anlaşma Memorandumu” imzalanıb...