18 mart
1901. Rus İmperiyasının Nazirlər Komitəsi Rusiyadan Mil və Muğan düzlərinə 40 min nəfər kəndli köçürmək haqqında qərar verib
1918. 19 marta keçən gecə cənubdan ermənilər, şimal-şərqdən isə malakanlar Şamaxını mühasirəyə alıb. Onlar şəhərin müsəlman hissəsini bombalayıb
1923. Azərbaycan XKS və MİK “Azərbaycan SSR əhalisi arasında savadsızlığın ləğvi haqqında” qərar verib
1931. SSRİ XKS “SSRİ-nin neft rayonlarının elektrik enerjisi ilə təchiz edilməsi haqqında” qərar verib
1989. Gəncə aerodromundan qalxan SSRİ HHQ məxsus “SU-24M” qırıcı təyyarəsi gecə uçuşu zamanı dağa çırpılıb. Nəticədə iki nəfər heyət üzvü həlak olub
1994. Ermənilər Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarəni vurub, 34 diplomat və ailə üzvləri həlak olub.