Azərbaycanda borclu olan 9 nəfər saxlanıldı
10 sentyabr 2019 10:22 (UTC +04:00)

Azərbaycanda borclu olan 9 nəfər saxlanıldı

0
 
Daxili İşlər Nazirliyi ötən gün respublikada baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, gün ərzində törədilən 18 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Əvvəlki dövrlərdən müəmmalı qalan 7 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
 
Bundan əlavə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
 
Mehman Nəbiyev
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar