Bu gün Qobustan rayonu, Yekəxana və Bədəlli kənd bələdiyyələrinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istindən xəbər verir ki, yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 13:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar hadisə Ağstafa rayonu, Saloğlu qəsəbəsində də qeydə alınıb. Bələdiyyəyə məxsus ərazidə 10 ha sahədə kol-kos yanıb. Ərazidə olan digər otlaq sahələri yanğından mühafizə olunub və yanğın saat 14:10-da söndürülüb.