Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində 3 nəfər ölüb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, avqustun 6-da saat 19 radələrində Qusar rayonunun Mucuq kəndində kənd sakini Vüqar Səfixanov idarə etdiyi “UAZ” markalı avtomobili çaya aşırıb. Nəticədə onun sərnişinlərindən İmran Kübarov xəstəxanaya aparılarkən yolda ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Avqustun 6-da saat 04 radələrində Yevlax rayonunun Salahlı kəndində Goranboy rayon sakini Sevda Quliyeva idarə etdiyi “Chevrolet Niva” markalı avtomobili kanala aşırıb və hadisə yerində ölüb.
Avqustun 6-da saat 15 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Orxan Səlimov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmyerlisi Ağabaxış Abdıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hər 3 faktla bağlı araşdırma aparılır.