Azərbaycanda ata qızını amansızlıqla öldürüb
15 iyun 2013 18:06 (UTC +04:00)

Azərbaycanda ata qızını amansızlıqla öldürüb

Lənkəranda dəhşətli qətl hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 15-də günorta saatlarında şəhərin Dədə Qorqud küçəsi, ev 2, mənzil 5 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan 1957-ci il təvəllüdlü Ramiz Kazım oğlu Əliyev çoxsaylı bıçaq zərbələri ilə qızı, 1987-ci il təvəllüdlü Xəyalə Əliyevanı qətlə yetirib. İlkin versiya kimi qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. R.Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1642
avatar

Oxşar yazılar