Bərdə rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Nazırlı kəndində, yeməkxananın qarşısında 1964-cü il təvəllüdlü Nurəddin Süleymanov həmkəndlisi 1967-ci il təvəllüdlü Sahib Orucovu bıçaqlayaraq öldürüb.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, hadisəyə səbəb S.Orucovun N.Süleymanovun oğlunu bıçaqlaması olub. Məlum olaydan əvvəl yeməkxanada yeyib-içən S.Orucov 26 yaşlı Razim Süleymanovla dalaşıb və bıçaqla ona xəsarət yetirib. Oğlunun bıçaqlandığını görən 49 yaşlı kişi davaya qarışıb və bıçaqla oğlunu vurmuş şəxsə bir neçə zərbə vuraraq onu öldürüb
N.Süleymanov tutulub. Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.