Azərbaycanda ailə faciəsi: 2 qardaş öldü
29 avqust 2014 11:55 (UTC +04:00)

Azərbaycanda ailə faciəsi: 2 qardaş öldü

0

Bakı-Qazax avtomobil magistralının 433-cü kilometrliyində 2 nəfərin ölümü 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın Türkəl TV-ə istinadən məlumatına görə, bu gün səhər saatlarında “Mersedes” markalı minik avtomobili ilə Gürcüstan qeydiyyatında olan “Skania” markalı yük maşını toqquşub. 


Qəza nəticəsində “Mersedes”də olan 2 qardaş - Samir və Rövşən Balayev həlak olub, digər sərnişin Fazil Əmraslanov isə yaralanıb. 

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2701

Oxşar yazılar