Azərbaycanda təhlükəli maddədən araq hazırlayan dəstə tutuldu - <span style="color:red;">FOTO
11 oktyabr 2019 15:57 (UTC +04:00)

Azərbaycanda təhlükəli maddədən araq hazırlayan dəstə tutuldu - FOTO

 
 
Sentyabrın 26-da keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus istehsal obyektində 4955 ədəd saxta aksiz markaları olan rulonlar və saxta aksiz markaları ilə markalanaraq satış məqsədilə saxlanılmış 1036 ədəd müxtəlif adda kustar üsullarla hazırlanmış alkoqollu içkilər aşkar edilib.
 
Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən Lent.az-a verilən xəbərə görə, araşdırmalar zamanı məlum olub ki, vergi orqanlarına fəaliyyətini dayandırması barədə rəsmi məlumat verən vergi ödəyicisi, bununla belə, istehsal obyektində faktiki olaraq fəaliyyət göstərməkdə davam edib. Nəzarət tədbiri zamanı istehsal müəssisəsində, həmçinin, insan sağlamlığı üçün təhlükəli olan “Растворитель 646” adlı həlledici məhlulun aşkar edilməsi ilə əlaqədar olaraq, Vergilər Nazirliyi tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib.
 
Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalardan sonra təqdim olunmuş rəyə əsasən, ekspertiza edilmiş araq məhsulları toksikoloji normalara cavab verməyib.
 
Toksikoloji analizlər zamanı nümunələrdə sirkə aldehidinin və sivuş yağlarının miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşdirilib. Beləliklə, qeyd olunan məhsulların içki kimi istehlakının insan orqanizmi üçün təhlükəli olduğu müəyyən edilib.
 
Həmçinin ekspert tədqiqatının aparılması üçün alkoqollu içkilər və aksiz markaları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və həmin məhsulların saxta olması haqqında da rəy verilib.
 
Saxta və insan sağlamlığı üçün təhlükəli olan məhsulların istehsalı faktı ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 oktyabr 2019-cu il tarixli qərarı ilə İsmayılov Arzu Aydın oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966
avatar

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03