Azərbaycanda 84 yaşlı kişi özünü öldürdü
15 iyun 2016 17:01 (UTC +04:00)

Azərbaycanda 84 yaşlı kişi özünü öldürdü

0

Zaqatalada intihar hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 14:00 radələrində Zaqatala rayon Suvagil kənd sakini, 1932-ci il təvəllüdlü Cəlal Əsədullah oğlu Fətəliyevin meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asılı vəziyyətdə aşkar olunub.

 

Hadisə yerinə cəlb olunmuş hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı araşdırma zamanı Cəlal Fətəliyevin intihar etdiyi məlum olub.

 

İntiharın səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (intihar həddinə çatdırma) cinayət işi açılıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar